Haber Sitesi
HV
18 MAYIS Cumartesi 09:16

Amerika həm Kürdüstan həm Bütöv Azərbaycan projesini necə eyniləşdirə bilir?

Yasemen QARAQOYUNLU
Yasemen QARAQOYUNLU
Giriş Tarihi : 09-11-2023 16:00

 

Amerika həm Kürdüstan həm Bütöv Azərbaycan projesini necə eyniləşdirə bilir?

Türkiyə bu oyunda harda durur?

 Qərar vermişəm. Daha kütləvi şüur üçün danışmayacam, yazmayacam, fikir ürətməyəcəm. Anladım ki, insanlar kimi  millətlər də səhv edirlər.  Biz, Oğuzun   İran-İraq-Qafqaz bölgəsinə yayılmış mərkəz qolu, (Türklər XVI əsrdən Türküstan və Hindistan mərkəzli şərq-Şeybanilər-Baburlar,  İran mərkəzli  mərkəz-Səfəvilər, Anadolu mərkəzli qərb-Osmanlılar kimi qollara ayrılaraq qruplaşdılar. Çengizlilər isə indiki Rusiya torpaplarında, Türk Xəzər imperiyasının davamı kimi Qızıl Orda imperatorluğunu qurdular. Türklər 3 qitəyə yayılaraq Qızıl Alma- Cahan dövləti məfkurəsini gerçəkləştirdilər.) mərkəz türkləri XX əsrdə böyük səhvlər etmişik, böyük qurbanlar vermişik, kimliyimizi, torpağımızı, məhvər gücümüzü itirmişik. Biz öz əlimizlə Qacar Türk dövlətimizi yıxmışıq, Qacarları ötəkiləştirmişik, məşrutə hərəkatını ideallaştırmışıq. Biz Qacarla-imperatorluqla  Məşrutə ideallarını sintez edə bilmədik. (İngilislər Krallıqla Maqna Çartanı uyum içində birləştirə bildilər ). 100 ildir arayış içindəyik. İran-Turan qavğalarının içində-İran özü bir Turan hakimiyyətində olmasına baxmayaraq biz iranlılaşdıq-farslaşdıq. Fars mədəniyyətinə yenildik. Bu yenilmişliyin içindəki bütün siyasi qurtuluş herekatları vr arayışları üçün ürətdiyimiz ontolojiler hamsı yanlışdır,. millət mərkəzli deyil, coğrafiya mərkəzlidir, genel Türk irqinin mənfəətləri üçün deyil, daha çox İngiltərə və Rus imperiya maraqları üçündür, mikromilliyyətçilikdir, əyalətçilikdir. 
Mənə son yüzildə Türkiyəni-Qafqazı-İranı-İraqı-Suriyanı, buradakı türkləri (hamsı eyni türklərdir) birləşdirə biləcək bircə proje göstərə bilərsinizmi? Yoxdur. Halbuki  türk milləti min il Misiri, Suriyanı, İraqı, İranı, Əfqanıstanı, Hindistanı yönətdi. Əfqanıstan, İraq, Suriya, Misir, İran, Ermənistan erməni,  ərəb, fars torpağı, bölgəsi olmaqdan daha çox Türk torpağı, türk bölgəsidir.   Türk milləti yenidən Suriya, İraq, İran, Əfqanıstan və Ermənistanı məskunlaştırmalı, yayılmalı, gücləndirilməlidir. Türk hinterlandında kürd, fars, erməni dövlətlərinin qurulmasının və yayılmasının qarşısı alınmasa bu Türk millətinin ölüm-qalım məsələsinə çevriləcəkdir. Türk millətini güclü edən faktor, İranın, Ermənistanın,  Əfqanıstanın, İraq və Suriyanın türkləşməsidir. Türk millətini orta doğuda  gücləndirən əsas ideya məhz budur. (Rusiyanın türkləşməsi məsələsini də bu konunun içində düşünmək olarsa, Türklər bir bölgəsəl  orta doğu milləti deyil, bir Avrasiya milləti olacaqdır və kürəsəl güc olacaqdır.) Bu orta doğu türkləri öncə İran-Azərbaycan-Türkiyə-Suriya-İraq türkləri öncə öz aralarında birləşməli, sonra Türküstanla birləşməliydi. Orta doğu türkləri hələ öz aralarında birləşmək sürəcini tamamlamamışlar.
Doğrudur, Türklər XX əsrin əvvəllərində Ə.Topçubaşov liderliyində Rusiya Müsəlmanları İttifaqını qurdular. Bolşevik Lenin, Kommunist Rus imperiyası  onu da darmadağın etdi, bitirdi. Vəssalam. Ortada Türk birliyi doğrultusunda  100 il genel bir fikir yox. 100 il boşluq.

Boşluğun içində Mərkəz Türklərinin -İran və Qafqaz Türklərinin İran və Azərbaycan türkləri adlı ontoloji bölünmüşlüyü. Fərqli, yanlış, ziddiyyətli hipotezlər, qavramlar, arayışlar. (Azərbaycanda ürətilən  əyalətçilik, bölgəçilik, mikromilliyyətçilik təsəvvürləri içindəki yalnızlığım)

Türk aydınları Gündəmi bəlirləyən siyasi olayların, proseseslərin  təhlilini  tarixsəl dərin ağılla necə aparır. Təbii ki, bu ağıl olaylara Batının uydurduğu tarix konseptindən və dünyagörüşündən baxmırsa. 

Türk ağlı Bu soruları cavablandırmalıdır (mı? )

Amerikalı İranşünas,.tarixçi-yazar Brenda Şaffer  Araz sahillərinə, Xudafərin körpüsünə gəldi. Poz verib getdi. Gəlişi ilə demək istədi ki, İranın gələcəyini və bu gününü Amerika bəlirləyir. Amerika İranı dəyişəcəkdir.

Brenda Şaffer niyə gəlmişdi? İranı Suriyanın və İraqın gününə salmaq üçün. Xaos yaratmaq və içindən bir Kürdüstan çıxarmaq üçün. Azərbaycan torpaqları üzərində qurulacaq Kürdüstanın yanında bir də kiçik bir Güney Azərbaycan dövləti qurulacaqmış. Bu qədər. 
Son 100 ilin projüsinə baxın. Azərbaycanın quzeyində Ermənistan, güneyində də Kürdüstan qurulur. Əmin olun Kürdüstan qurulandan sonra  da Mahabad adlanan qədim Soyuqbulaq-Sənəndəc torpaqlarından, həmçinin də Kərkük bölgesindən, Suriyadan bütün yerli türklər sürgünə və soyqırıma məruz qalacaq. İrəvanda olduğu kimi. Diqqət edin. Son yüzildə Türk milləti Həm Suriyanı, İraqı, həm İranı, İrəvanı itirdi. İranı tamamilə itirməmizin son dönəmini yaşayarıq.  
Orta doğu projesinin birinci dönəmi (1850-1918) Türklərin məğlubiyyəti ilə bitdi. Babur, Qacar, Osmanlı imperatorluğu çökdürüldü. (İran, Xorasan, Hindistan, Qafqaz, Ərəb yarımadası, Afrika, Şərqi Avropa-doğu Roma ya yayılmış türk yenildi)Türk milləti Şərqi Avropada-Balkanlarda, Ərəbistanda, Hindistanda, Türküstanda, Qafqazda, Şimali Afrikada-Misirdə, Anadoluda soyqırım və köçə məruz qaldı.Torpaqları işğal edildi. Parçalandı.
Orta doğu projesinin ikinci dönəmində də (1980-2050) İraq, Suriya, İran və Türkiyənin də parçalanacağı, buradakı türklərin soyqırıma uğradılacağı, böyük Kürdüstan, böyük. Ermənistan, böyük  İzrail, böyük Yunanıstanın yaradılacağı projesi gündəmdədir.

Günün sorusu bu. Türk milləti ikinci Orta doğu.projesindən hansı itkilərlə çıxacaq?
İranı dağıtmadan, bölmədən Türk millətinin vətəni və dövləti etmək mümkündürmü?
Türk milləti, Türk irqi hansı halda daha çox qazanır. İrana sahibləndikdəmi, yoxsa İranı bölüb parçaladıqdamı? İran etnik bölgələrə  parçaladıqda Farsistandakı, Sistandakı (Bəllucistan) Xuzistandakı,  Xorasandakı Türklərin aqibəti nə olacaqdır? Məsələn Osmanlı parçalanarkən Afrikadakı, Balkanlardakı, Qafqazdakı, Ərəb yarımadasındakı soyqırımlardan qaçıb canını qurtaran  bütün Türklər Türkiyəyə-Anadoluya sığlndılar. Bəs İranın bütün bölgələrindəki türklər haraya qaçacaqlar? 
İraqda və Suriyada Türk Muxtarlığı qurmaq mümkündürmü? 

Amerikanın və İzrailin qurduğu Bütöv Azərbaycan = bütöv böyük  Kürdüstan.

O halda, İranın və Orta doğunun gələcəyini, taleyini bəlirləyəcək, nizamlayacaq güc nə Amerika nə İzrail deyil, Türk Milləti olmalıdır. Türk Millərinin (TDT) İran projesi olmalıdır. İranı nizamlayacaq, türkləşdirəcək və Turana qatacaq bir proje.
Türk Milləti, Türkiyə və Azərbaycan ordusu Amerikanın İrana girməsini önləməlidir.
Rusiya, İran parçalanacaqsa sırası ilə Türkiyə, Pakistan da parçalana bilər. Türkiyə bu prosesi önləmək zorunda. Prosesin içində aktiv rol almalı, yön verməli, dəyişməlidir. 
İkinci Orta Doğu projesinin əsas amacı budur-Türkləri İrandan, Anadoludan, Qafqazlardan çıxarıb  Altaylara sürgün etmək.
Bu torpaqları guya  qədim  xalqlar olan yəhudi,. kürd, pers, erməni, yunanlılara buraxmaq.

Qısası
 1. İranın gələcəyini Türklər bəlirləməlidir.
2. Amerika mərkəzli Orta Doğu projesi iflas etdirilməlidir. Amerika orta doğuda məğlub edilməlidir və orta doğudan qovulmalıdır.
Orta çağ xaçlı yürüşlərini yenən Türk bunu da bacaracaqdır. 

Türk yeni nizam yaradacaqdır. 
Orta doğudakı Türk, Ərəb, Fars, kürd hər kəs öz vətənində barış içində  yaşasın. Orta doğu etniklərə, bölgələrə, məzhəblərə parçalanmasın. Türk gücü ilə birləşsinlər. Barış və uzlaşımla birləşərək bu torpaqları qanla suvaran, xaos yaradan imperialist ABD-AB -ni bu torpaqlardan qovsunlar. 100 ildir ki, orta doğudakı bütün diktator rejimləri, dini-ideoloji-siyasi-terror təşkilatlarını və məzhəb savaşlarını, etnik qarşıdurmaları ABD-AB yaratdı, dəstəklədi.
Bunu ki, bilirsiniz (bilmirsiniz!!!) Nədən onların projelərinin qurbanı, oyunçusu olursunuz?

Biz Türklər son yüzildə İranda böyük  səhvlərə yol verdik. Məşrutə hərəkatının, Xiyabani hərəkatının, Pişəvəri Hərəkatının, Şəriətmədari hərəkatının ontoloji əsasları yanlış  idi. Türk Milli maraqlarına zidd idi. Nəticədə Türk İranını Farslara uduzduq. Türk İranı Fars İranına çevrildi.
Bu günkü Bütöv Azərbaycan Hərəkatımızın da təməllərində ontoloji yanlışlıqlar vardır.

Biz Türklər Hindistanı, Ərəb Yarımadasını, Afrikanı, Balkanları uduzduq, barı indi İranı da uduzmayalım, itirməyəlim. Türk millətinin uduzub çıxdığı yerlərə İngilislər girdi, Türk arealı kiçildikcə İngilis arealı böyüdü.  
Türk millətinin yenilgisinin gerçək səbəbi İran və Türkiyə türkünün ortaq hərəkət etməməsidir. Anlamalıyıq ki, bizi tək- tək  bitirirlər. 

Bir daha yazıram. 
Amerikan dəstəkli Bütöv Azərbaycan=Kürdüstan-böyük İzrail.
Elə isə Türk dəstəkli, Türk Bütöv Azərbaycanı  projesini  gündəmə gətirin.

Səlçuklulardan bu yana Orta doğunu biz qurduq, biz şəkilləndirdik. O Türk gücünü və ağlını dirildin.

Yasəmən Qaraqoyunlu.

YORUMLAR
DİĞER YAZILARI